Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq.
Trend xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının rəsmi saytında yer alıb.
Qeyd olunub ki, görüş yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcək.
Xatırladaq ki, bu, dövlət başçıları arasında sayca Brüssel formatında altıncı görüşdür. Bundan öncəki görüş bu ilin may ayının 14-də baş tutub.
Oxu24.com
ŞƏRHLƏR