Son günlər Tovuzda şəhər mərkəzində, kəndlərdə və əkin sahələrində tez-tez kütləvi şəkildə qarğa leşlərinə rast gəlinir.
Oxu24.com bildirir ki, Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayının artması fonunda qarğaların "quş qripi" virusundan ölməsi ehtimalı sakinləri narahat edir. Qarğa leşlərınə nadir hallarda rast gəlinməsi də bu narahatlığı artırır.
Mövcud vəziyyətlə əlaqədər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsinə müraciət etdik. Qurumun nümayəndələri dərhal əraziyə baxış keçirərək, leşlərdən analiz üçün nümunələr götürüblər. Artıq qarğaların kütləvi şəkildə ölmələrinin səbəbi müəyyən edilib.
Rayon Baytarlıq İdarəsinin əməkdaşları şəhər mərkəzində rast gəlinən qarğa leşlərindən də analiz üçün nümunələr götürüblər. Qurumdan o da bildirilib ki, vəziyyət tam nəzarət altındadır. Hələlik heç bir virusa rast gəlinməyib. Oxu24.com
ŞƏRHLƏR