Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92348
az

İmtahanda 59 bal toplayan şəhid anasının çıxışı maraqla qarşılandı - VİDEO

12:1908 İyul, 2023
155
CƏMİYYƏT
  • A

"Belə sual səsləndirdilər ki, aşağı bal toplayan müəllimlərin taleyi necə olacaq? Bəs MİQ imtahanından yüksək bal toplayıb evlərdə vakansiya gözləyən gənc müəllimlərin taleyi necə olacaq?!"

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib. 

O qeyd edib ki, MİQ imtahanı ilə yüksək nəticə göstərərək işə qəbul olunmuş müəllimləri görəndə qürur hissi keçirir: "Müəllim mütləq öz üzərində işləməlidir. Biz elm və texnikanın o qədər sürətli inkişaf etdiyi dövrdə yaşayırıq ki, niyə xaricdən geri qalmalıyıq? Son illər gənc və savadlı müəllimin qarşısında geniş imkanlar açılıb. Bizim işə girdiyimiz dövrdə belə imkanlarımız olmayıb. Bu imkanlardan maksimum yararlanın".
 

Müəllimin bu yanaşması auditoriya tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Südabə Qaziyeva müəllimlərin sertifikasiya imtahanında 60 baldan 59 bal toplayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var
Göz önündə qəribə naxışlar niyə yaranır?

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO