ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində limanda gəmidə baş verən yanğına müdaxilə edən 2 yanğınsöndürən ölüb, 5 yanğınsöndürən yaralanıb.
Oxu24.com xəbər verir ki,Nyuark şəhərinin meri Ras Baraka jurnalistlərə açıqlamasında "Biz Newark şəhərində iki nəfəri itirdik. Onlar tərəddüd etmədən canlarını verdilər və yəqin ki, yollarında 5000 maşın daşıyan gəmidə yanğınla mübarizə aparacaqlarını düşünmürdülər" ,- deyib.
Baraka faciəli hadisə ilə bağlı deyib: "Bu görüntü bu missiyanın nə qədər təhlükəli olduğuna dair yaddaşımda əbədi olaraq qalacaq".
Keçmiş Cersi yanğınsöndürmə rəisi Steven McGill eyni yanğında yaralanan 5 yanğınsöndürən xəstəxanada müalicə olunduğu barədə məlumat paylaşıb.
Nyuark Yanğın Departamenti ABŞ və Afrika arasında nəqliyyat vasitələri daşıyan İtaliya bayraqlı gəmidəki yanğının dünən gecə yarısı baş verdiyi və səhərə qədər söndürülə bilmədiyi məlumatı paylaşıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR