Rusiya Federasiyasının Müdafiə Nazirliyi qadınları müqaviləli xidmət üçün orduya cəlb etmək üçün işə qəbul kampaniyasına başlayıb.
Oxu24.com xəbər verir ki,Rusiya KİV-i yazır ki,
Məlumata görə, qadınların orduya cəlb olunması ilə bağlı oxşar çağırışlar Omsk Telegram kanallarında da yer alıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən elanda həkim, feldşer, tibb bacısı və aşpaz kimi çalışan vətəndaşların işə qəbulundan bəhs edilir və onlara “eyni rütbələrdə kişilərlə dayanmaq” təklif olunur.
Omskdakı hərbi komissarların birində dedilər ki, söhbət yaşı 50-dən aşağı olan və ən azı 1 il müddətinə müqavilə bağlaya bilən qadınların işə götürülməsindən gedir.
Bundan əlavə, tibb bacıları və aşpazların öz ixtisasları üzrə təhsil almaları lazım deyil, nəşr yazır.
Hərbi Komissarlıq qadınların hara göndəriləcəyini dəqiq açıqlamasa da, onlar Rusiya Federasiyasının regionlarına xidmətə gedəcəklərini qeyd ediblər.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR