Moskvanın Savelovski Məhkəməsi bloger Valeriya Çekalinanın (Lerçek) evində axtarış zamanı ələ keçirilən 62 milyon rubl dəyərində "Rolls-Royce Cullinan Black" nişanının açarlarının qaytarılması tələbini rədd edib.
Oxu24.com xəbər verir ki, bu barədə Mash kanalı açıqlama yayıb.
Hakim qərarı belə əsaslandırıb ki, proses zamanı Çekalina avtomobili satıb əldə etdiyi gəliri gizlədə bilər.
Vəkil çıxışında təkid edib ki, bloqqer artıq 311 milyon rubl məbləğində bütün vergiləri ödəyib, bu isə o deməkdir ki, avtomobilin açarlarının saxlanması üçün heç bir əsas yoxdur.
Müdafiə tərəfi həmçinin həbs edilmiş hesabların və Lerçek daşınmaz əmlakının blokdan çıxarılmasını istəyib, lakin hakim bunu da rədd edib.
Xatırladaq ki, Lerçek xüsusilə böyük miqyasda vergidən yayınmada, əri Artyom Çekalin isə iştirakçılıqda ittiham olunub.
Onlar həmçinin çirkli pulların yuyulmasında ittiham olunublar.
Hazırda ulduz ailənin bütün hesablarına həbs qoyulsa da, onların vergi orqanlarına olan borcları artıq ödənilib.
Bloqqer hələ də istintaq altındadır.
Çekalinlər internetdən istifadə qadağasına baxmayaraq, pul qazanmağın yolunu tapıblar.
İndi bloqqer Alina Akilova vasitəsilə bizneslə məşğul olurlar.
“Rusiya Veteranları” ictimai hərəkatı artıq prokurorluqdan pul qazanmağın yeni sxeminin qanuniliyini yoxlamağı xahiş edib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR