Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92059
az

İranda 50 dərəcə isti oldu

22:1402 İyul, 2023
58
DÜNYA
  • A

İranın Sistan-Bəlucistan əyalətinin Zehek və Hirmand şəhərləri 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.

 

Oxu24.com xəbər  verir  ki,İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Muhsin Haydari bölgədəki isti hava ilə bağlı açıqlama verib.

 

Haydari bildirib ki, Zehek və Hirmend şəhərlərində hava istiliyi 50 dərəcəyə çatıb və bu, onları ölkənin ən isti bölgələri edib.

 

Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperaturun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Haydari, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.

 

Küləklə birlikdə tozun daşınması da artacaq

 

Əyalətdə küləyin sürətinin artması ilə toz daşımalarının da artacağını dilə gətirən Haydari, xalqı zərurət olmadıqca açıq havaya çıxmamaq və görmə qabiliyyətinin azalması ilə nəqliyyatdan qaçmaq barədə xəbərdarlıq edib.

 

Sistan-Bəlucistan Böhran İdarəetmə Baş direktoru Məcid Mohibbi də əyalətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində fırtınanın daşıdığı incə toz səbəbiylə mindən çox insanın xəstəxana və tibb mərkəzlərinə köçürüldüyünü açıqlayıb. 

 

Tırcümə: Nigar Oktayqızı

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi
İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA