Çuvaşiya Respublikasının prokuroru Andrey Fomin Volqada faciəvi şəkildə ölüb.
Oxu24.com xəbər verir ki, faciə "Çebşim" yarışı zamanı baş verib.
Məlumata görə, Fomin çimərkən xəstələnib. Yaxınlıqdakılar onu tez sudan çıxarıb, ilkin tibbi yardım göstərib və həkimlərə təhvil veriblər. Həkimlərin səylərinə baxmayaraq prokuroru xilas edə bilməyiblər.
"O, kəskin ürək-damar çatışmazlığı nəticəsində dünyasını dəyişib", - mənbə bildirib.
Fominin ölümü ilə bağlı məlumatı Rusiya Federasiyasının Baş Prokurorluğu təsdiqləyib.
“Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Rusiya prokurorluğunun əməkdaşları Andrey Fominin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər”, - deyə prokurorluğun bəyanatında deyilir.
Çuvaşiyada hər il 2200 və 4400 metr məsafələrdə Volqa boyunca Çebşim üzgüçülük yarışı keçirilir. Andrey Fomin bu yarışlarda əvvələr də iştirak edib.
Andrey Fomin 1992-ci ildən prokurorluq orqanlarında çalışıb. O, Yaroslavl vilayətinin Dzerjinski rayon prokurorluğunda təcrübə keçməkdən Çuvaşiya prokurorluğuna qədər gedib. 2014-2020-ci illərdə Krım prokurorunun birinci müavini vəzifəsində çalışıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR