Türkiyənin Xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının sabah Ciddədə keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıqla bağlı Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə telefon danışığı aparıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,iclasda Qurban bayramının ilk günü İsveçdə Quranın yandırılması ilə bağlı sabah Ciddə şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq məsələləri müzakirə olunub.
Bundan əlavə, islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələləri də gündəmdə olub.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR