Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91876
az

Yenicə azadlığa çıxan kor "qanuni oğru" axtarışa verildi - Dövlətin güc orqanları hərəkətə keçdi

10:4601 İyul, 2023
115
DÜNYA
  • A

Hüquq-mühafizə orqanları daha çox "Hobot" kimi tanınan "qanuni oğru" Andrey Voznesenskini federal axtarışa verib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Rusiyanın aparıcı kriminal avtoritetlərindən biri olan "Hobot" Cinayət Məcəlləsinin 210-cu maddəsi ("Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq") ilə ittiham olunur. 

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, oğru ideologiyasını, cinayətkar adət və ənənələri yaydığı Moskva vilayətini "ram edib".

2021-ci ildə Tulanın Leninski Rayon Məhkəməsi Voznesenskini xüsusilə böyük miqyasda dələduzluq cəhdinə görə altı il yarım müddətinə azadlıqdan məhrum edib. Qanuni oğrunun 2027-ci ilin yanvarında azadlığa çıxması nəzərdə tutulsa da, aprel ayında görmə qabiliyyətinin itirilməsi səbəbindən vaxtından əvvəl azadlığa buraxılıb.

"Hobot" ağır ittihamlarla 8 dəfə məhkumluq həyatı yaşayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı
Qara dənizdə bu ölkənin 3 pilotsuz kateri MƏHV EDİLDİ - VİDEO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü