Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri daha da sərtləşdirmək qərarına gəlib.
Oxu24.com xəbər verir ki,bu barədə ölkə prezidenti ilə Xarici İşlər və Təhlükəsizlik Siyasəti Nazirlər Komitəsinin birgə iclasının yekunları üzrə hökumətin müraciətində deyilir.
"Görüşdə rusların Finlandiyaya və Finlandiya vasitəsilə digər Şengen ölkələrinə səyahəti məsələsinə də toxunulub. Komitə qeyd edib ki, Rusiya vətəndaşlarının səyahətləri Finlandiyanın beynəlxalq münasibətlərini daha da təhlükə altına ala bilər. Buna görə də səyahət məhdudiyyətləri zərurətdir”, - deyə sənəddə qeyd edilib.
Bundan əvvəl Finlandiya Müdafiə Nazirliyi Rusiya vətəndaşları üçün daşınmaz əmlak əməliyyatlarına əlavə məhdudiyyətlərin tətbiqi imkanlarını araşdırmaq üçün bir araya gəlib.
Xüsusilə, söhbət ev sahibliyinə tam qadağa qoyulmasından gedir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR