İtaliyada futbolçulara nasist lideri Adolf Hitleri xatırlatdığı üçün forma nömrəsi olaraq "88"dən istifadə etmək qadağan edilib.
Oxu24.com xəbər verir ki,İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə niyyəti haqqında bəyannamə imzalanıb.
Daxili İşlər Naziri Matteo Piantedosinin açıqladığı niyyət bəyannaməsi çərçivəsində qərara əsasən, italyan əlifbasının 8-ci hərfi olan “88” rəqəmi simvollaşdırılaraq “Heil Hitler” salamına istinad edilir.
Ölkədə neo-nasist irqçi qrupların nasist lideri Adolf Hitleri tərifləmək üçün istifadə olunur.Futbolda oyunçuların forma nömrələrində bu nömrədən istifadə etməsi qadağandır.
Piantedosi bildirib ki, “88” nömrəsini alan futbolçulardan başqa, azarkeşlərin futbolda nasizmi oyadan simvollardan istifadə etməsi qadağandır.
Hazırda İtaliya Birinci Futbol Liqasında (Seriya A) oynayan iki oyunçu sözügedən qərardan təsirlənəcək. "Atalanta"da çıxış edən Mario Pasaliç və "Latsio"da çıxış edən Toma Basiç yeni mövsümdən forma nömrəsi olaraq "88" almayacaq.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR