Rusiyanın yeni müdafiə naziri kim ola bilər?
Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Aleksey Dyumin Rusiyanın yeni müdafiə naziri olacaq.
Aleksey Dyumin general-polkovnik rütbəsinə malikdir və 2016-cı ildən Tula vilayətinin qubernatorudur. Müxtəlif media onu Kreml rəhbərinə yaxın adamlardan biri adlandırır.
O, həmçinin 1999-2007-ci illərdə Rusiya prezidentinin mühafizəçisi olub.
Bir sıra mənbələrdən əldə edilən məlumata görə, Dyuminin Rusiya Federasiyasının Müdafiə naziri vəzifəsinə təyinatı gələn həftə elan oluna bilər.
Həmçinin oxu: Səhər saatlarında dəhşətli xəbər gəldi: Xeyli sayda ölən var
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR