Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91470
az

SON DƏQİQƏ! Azərbaycanda bu pulsuz oldu  — QƏRAR

21:0825 İyun, 2023
711
CƏMİYYƏT
  • A

Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Oxu24.com  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb.

Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Cəfərova vəzifə verildi
Evdə havanın keyfiyyətini necə yaxşılaşdırmaq olar?
Azərbaycanda daha bir tələbə öldü - FOTO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı