Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9085
az

Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

14:2719 Yanvar, 2019
743
QARABAĞ
  • A
 Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev ailəsinə məktub göndərib.
 
Oxu24.com xəbər verir ki, bu barədə azvision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz məktubunda sağ-salamat olduğunu yazıb.

"Şahbazın məktubunu bizə 20 gün əvvəl veriblər. Qardaşım məktubda sağ olduğunu, narahat olmamağımızı, hər şeyin qaydasında olduğunu yazıb. Məktub təxminən bir neçə cümlədən ibarətdir. Bu dəfə bizə videogörüntü vermədilər. Məktub Şahbazın öz xətti ilə yazılıb”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Moon Kids" uşaq bağçasının müdiri 428 min manatlıqdələduzluqda     təqsirli     bilinir