Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90803
az

Mobil telefonların qeydiyyatı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK - Bundan sonra...

17:3913 İyun, 2023
128
CƏMİYYƏT
  • A

Mobil cihazların qeydiyyatının aparılması Qaydasına dəyişiklik edilib.

OXU24.COM  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, qeydiyyat mərkəzi mobil cihazın İMEİ nömrəsinin dəyişdirildiyini və ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə məlumatları, o cümlədən əməliyyat növü, başlama və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri barədə çağrı qeydiyyat məlumatlarını mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edəcək.

İMEİ nömrəsi dəyişdirilmiş, habelə surəti bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən 3 (üç) ay əvvələdək olan dövr üzrə bu Qaydada qeyd olunan məlumatların təhlili aparılacaq.
Ətraflı

İndiyə qədər zərurət yarandıqda, qeydiyyat mərkəzi identifikasi (eyniləşdirmə) kodu dəyişdirilmiş mobil cihazların İMEİ nömrələrinin müəyyənləşdirilməsi məqsədi ilə abunəçinin mobil (sellülar) nömrəsinin MSİSDN-i və İMSİ barədə mobil operatorlardan məlumat əldə edirdi.

İMEİ nömrəsi bir və ya bir neçə başqa cihaza köçürülmüş mobil cihazı ilk olaraq istifadə etmiş abunəçinin (onun mobil (sellülar) nömrəsinin) müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edildiyi tarixdən, bir qayda olaraq, 3 (üç) ay əvvələ qədər olan dövr üzrə bütün mobil operatorlara aid İMEİ, MSİSDN və İMSİ qeydlərinin təhlili aparılırdı.

Həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı