Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9061
az

Dünyanın ən qeyri-adi adamları - Onlar bütün sirləri GÖZLƏRİNİZDƏN OXUYUR

19:3918 Yanvar, 2019
877
MARAQLI
  • A
Özünü başqa insanın və ya canlının yerində hiss etməyi bacaran, başqasının dərdinə şərik ola bilən adama empat deyilir. Empatiya qurmağı bacaran insan eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətinə malikdir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur.

Empat insanlar hər şeyi sizin gözlərinizlə görür, odur ki, onları aldatmaq üçün məntiqli yalan tapmağa zaman və enerji xərcləməyin.

Maraqlı fakt: ətrafdakıların duyğularını və emosiyalarını dəqiqliyi ilə hiss edən empat bir növ yalan dedekteridir. Onlar unikal bacarıqlarının köməyi ilə sizin həqiqəti söyləyib-söyləmədiyinizi dəqiq müəyyən etməyə qadirdir.

Empatlar ətrafdakı insanların duyğularını hiss edə bilir, ünsiyyət qurduqları bir insanın ümumi duyğusal vəziyyətini müəyyənləşdirir və dərdinə şərik olur. Bu qabiliyyət onun şəxslərarası zəkasını yeni səviyyəyə qaldırmağa kömək edir. Ancaq inkişaf etmiş empatiya qarşıdurmaya səbəb ola bilər. Məsələn, ətrafımızdakı insanlar, o cümlədən ən yaxın və əziz olanlar bəzən real hisslərini, duyğularını, niyyətlərini və məqsədlərini gizlədirlər. Empat onları dəqiq müəyyən edə bilər. Empat qarşısındakı insanın sevinc maskası altında gizlətməyə çalışdığı reallığı sezir.

O, sizin səmimi olacağınıza ümid edir, amma bu, baş vermir. Empat ilə sıx əlaqə qurmaq istəyirsinizsə, onunla həmişə dürüst olmaq yaxşıdır. Bu insanlar yalanı dərhal hiss edir

1. Onlar yalanı müəyyən edir

Qısqanclıq kimi güclü duyğular gizlətmək mümkün deyil. Daim gülümsəyərək xoşbəxt olduğunuzu göstərməyə çalışsanız belə, empatı aldatmağa müvəffəq olmayacaqsınız. Ondan bir şey gizlətdiyinizi qeyri-adi şəkildə hiss edir. Hər kəsi aldada bilərsiniz, ancaq empatı deyil.

2. Onlar gözəl bilir ki, hər şey dediyiniz kimi yaxşı deyil

Narahatlıq varsa, əsl empat bunu hiss edəcək. Ona min dəfə yaxşı olduğunu desəniz də, empatlar sizə inanmayacaq. Empatlar istəyir ki, ünsiyyət qurduqları insanlar onlarla mümkün olduğu qədər səmimi davransın. Birinə tamamilə güvənmək istəyirsinizsə, empata etibar edin.

3. Onlar sizin demədiyinizi də eşidir

Bu, həqiqətən belədir. Empatlar səsinizdəki titrəyişi, tembrdəki ən kiçik dəyişikliyi sezir. Bundan əlavə, empat sükutun da çox əhəmiyyətli olduğunu bilir. Empat səssizliyinizin nə ifadə etdiyini anlayır, bu sükutda yatan mənanı duyur.

4. Özünüz olmadığınız zaman bunu hiss edir

Hər birimizin şəxsiyyəti unikaldır. Biz hamımız fərqliyik. Bəzi insanlar özləri olmaqdan qorxurlar. Siz də bu kateqoriyaya aidsinizmi? Empat bunu başa düşəcək.

Həssas bir insan başqalarının görmədiklərini duyur. Məsələn, əsl şəxsiyyətinizin necə gözəl olduğunu görə bilər. Empat ilə əlaqə qurarkən özünüz olmağa icazə verin. İnanın, peşman olmayacaqsınız.

5. Onlar neqativ düşüncəli insanları tanıyırlar

Mənfi insanlar dram və xaos olmadan yaşaya bilməzlər. Onlar ətrafındakı insanların da həyatına neqativ gətirir və bundan faydalanırlar.

Həqiqi empat dərhal həyatına mənfi təsir göstərməyə çalışan bir insanı tanıya bilər. O, belə bir şəxslə münasibətdə sərt qaydalar müəyyən edəcək və mümkün qədər uzaq durmağa çalışacaqdır.

6. Gözlərinizdə əks olunan hər şeyi görürlər

Empat düşüncələrinizi oxuya bilir. Odur ki, belə insanlarla 100% dürüst olmalısınız. Sadə və açıq olun. Əgər acı çəkirsinizsə, epmat bunu hər kəsdən birinci görəcək. Əgər indi sizə ağırdırsa, empat bunu anlayacaq. Onlar bütün bunları gözlərinizdən oxuya bilər. Bunun üçün sadəcə bir baxış kifayətdir.

Empatlara yalan danışmaq ehtiyacınız yoxdur. O, bu planetdəki ən qayğıkeş və məsuliyyətli insanlardan biridir. Həqiqətən anlayan və empatiya qura bilən biri varsa, bu, onlardır. Bu insanlar sizi heç vaxt mühakimə edib hökm oxumayacaqlar.

Odur ki, empatları aldatmaq üçün məntiqli bir yalan tapmağa vaxtınızı və enerjinizi sərf etməyin. Empat artıq bütün həqiqəti bilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü