Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90602
az

Vəzifəli şəxs həbs edildi

13:1909 İyun, 2023
110
  • A
SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. “SOCAR PETROLEUM” QSC-yə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. İstintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Su içməmək kökəldir - Diqqətli olun
Yürüş zamanı daha çox kalori itirməyin sadə üsulu
Tiktokdan xəbər oxuyanların sayı artdı

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Rus əsgərləri ukraynalı əsgərin başını kəsiblər (18+)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Kəlbəcərdə yabanı halda bitən külli miqdarda çətənə məhv EDİLDİ