Boşandığı qadının avtomobilinə bomba qoydu
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Çorumda bir müddət yaşayıb ayrılan Hatun Dəmirin maşınının altına bomba yerləşdirən Kadir Karadağ və ona kömək edən Şükrü Gül 14 il 7 ay həbs cəzası alıb.
Hadisə 2022-ci il yanvarın 7-də Ulukavak Məhəlləsi Sakarya 3-cü küçəsində baş verib. Park etdiyi avtomobilinin altına bomba qoyulduğunu anlayan Hatun Dəmir polisə xəbər verib.
Aparat bomba zərərsizləşdirilməsi mütəxəssisləri tərəfindən təhlükəsiz əraziyə aparılaraq detonatorla işə salınıb. Partlayış zamanı 3 avtomobilə ziyan dəyib. Hatun Dəmirin birlikdə yaşadığı və ayrıldığı Kadir Karadağ və ona kömək edən Şükrü Gülün avtomobilə bomba yerləşdirməsi ittihamı ilə saxlanılaraq həbs edilib.
1-ci Ağır Cəza Məhkəməsində Kadir Karadağ və Şükrü Gülə qarşı 'öldürməyə cəhd' və 'təhlükəli malları icazəsiz saxlama və ya dəyişdirmə' ittihamları ilə 23 ilə qədər həbs cəzası gözlənilən iddia qaldırılıb.
Əvvəlki prosesdə prokuror mahiyyəti üzrə rəy verərək, müttəhimlərin “bomba yerləşdirərək qəsdən adam öldürməyə cəhd” cinayəti ilə cəzalandırılmasını istəyib.
Məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsə “öldürməyə cəhd” ittihamı ilə 10 il 10 ay, “icazəsiz təhlükəli maddə saxlamaq” ittihamı ilə isə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, Karadağ 40 min TL, Gül isə 20 min TL cərimələnib.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR