Bir neçə rayonun polis rəisləri dəyişdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlamasında bildirib ki, daxili işlər naziri, general-polkovnik V.Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki R.Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi təyin, polis polkovniki M.Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki F.Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Oxu24.com
ŞƏRHLƏR