Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90316
az

Bərdədə polisə müqavimət göstətilib, xəsarət alan var

09:1406 İyun, 2023
132
CƏMİYYƏT
  • A
Bərdədə polisə müqavimət göstətilib, xəsarət alan var. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib. Polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb. Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bina yanır - Yola məhdudiyyət qoyuldu
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Nəsiman Yaqublu dəfn olundu - YENİLƏNİB


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO