Şabranda qeyri-adi hadisə, ağ çamış balası doğulub
Uzun illərdir heyvandarlıqla məşğul olan Şabran rayonu Qaraqaşlı kənd sakini Sehran Əliyevin təsərrüfatında ağ camış balası doğulub. 20 ildən çoxdur camış saxlayan fermer camışın ağ bala doğması ilə ilk dəfədir rastlaşdığını deyir. O, yeni doğulan qeyri-adi camış balasının normal qidalandığını bildirib.
Şabran rayonunda yerləşən camışçılıq təsərrüfatlarında ağ camış balasının doğulması nadir hadisə hesab edilir.
Keçmiş sovet dövründə Azərbaycan camışı “qara mirvari”i adlandırılmaqla yanaşı, Cənubi Qafqazda olan camışların 70 faizini təşkil edib. Camışlar nadir hallarda ağ rəngli bala verir. Mütəxəssislər ağ doğulan balaları “albinos” camışlar adlandırır.
Bu növ heyvanlar uzun yaşamır və ümumiyyətlə bala vermirlər.
Oxu24.com
ŞƏRHLƏR