Rusiya bu əraziyə nəzarəti itirib.
Oxu24.com xəbər verir ki,Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Rusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka yaşayış məntəqəsinə nəzarəti itirdiyini təsdiqləyib.
“Bu günə olan məlumata görə, hələ ki, ora daxil ola bilmərik. Rayon rəhbərinin hesabatına görə, 100-ə yaxın adamın olduğunu bilirəm, lakin son iki gündə atəş açılması məlumatı dəqiqləşdirməyə imkan vermir. Ümid edirəm ki, vəziyyət dəyişən kimi biz insanları qəsəbəni tərk etməyə inandırmaq üçün geri qayıda biləcəyik”, - Qladkov bildirib.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR