Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90299
az

777 nömrəli maşın korteji kimindir? — 3 min dollar cərimə olunub (FOTO+VİEO)

22:2805 İyun, 2023
1218
ÖZƏL BÖLÜM
  • A

Gürcüstanda “Kadırovçular” korteji mayın 22-dən iyunun 3-dək yol hərəkəti qaydalarını  pozduğuna görə 40 cərimə alıb.

Oxu24.com xəbər  verir  ki,bu barədə “News of Georgia” məlumat yayıb.

Qeyd olunur ki, bir avtomobilə görə yol hərəkəti qaydalarının pozulmasına görə 13 video cərimə qeydə alınıb.

Beş avtomobilə görə cərimələrin ümumi məbləği 7450 lari (3 min dollara qədər) təşkil edir. Beş avtomobilin nömrələri - A777AC77, C777CE77, A777AK77, O777OC77, B800EC797 nişanları ilə olub.

Onların əksəriyyəti sürət həddini aşdıqları üçün cərimələniblər.

Sənədlərə əsasən, pozuntuların baş verdiyi tarixə əsasən, avtomobillər mayın 22-dən iyunun 3-dək Gürcüstanda olub.

Hazırda Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti kimin kortejinin Gürcüstanda olması və bu avtomobillərdə kimin getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.

Cərimənin ödənilib-ödənilməməsi barədə hələlik heç bir məlumat yoxdur.

İyunun 5-də səhər saatlarında Gürcüstan mətbuatında Rusiya dövlət nömrə nişanlı avtomobil kortejinin Nataxtari kəndi yaxınlığındakı magistral yolunda diqqət çəkdiyi videogörüntülər yayılıb. Daha sonra eyni avtomobillərin fotosu Batumidən yayımlandı,

Sosial şəbəkələrdə “kadırovçuların” Gürcüstana səfərindən danışırlar. Xüsusilə də eyni nömrəli avtomobili iş adamı Aslambek Axmetxanovun İnstaqram səhifəsində görmək olar.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü