Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90283
az

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

18:1505 İyun, 2023
111
CƏMİYYƏT
  • A
Yeddi ölkədə 25 xəstəxanada aparılan təcrübələr göstərib ki, bu üsul sayəsində körpənin ilk iki il ərzində ölüm və əlillik riskini azaldır. Avstraliyanın Sidney Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu doğulduqdan iki il sonra qeydə alınan 1600 vaxtından əvvəl doğulmuş körpənin sağlamlıq məlumatlarını təhlil edib. Tədqiqatçıların fikrincə, kordonu bağlamadan bir dəqiqə gözləmək körpələrin oksigen səviyyəsini yaxşılaşdırıb və infeksiyaları nəzarət altında saxlayıb. Çünki bu yolla tərkibində qırmızı qan hüceyrələri, immun hüceyrələr və kök hüceyrələr olan plasentadan körpənin bədəninə qan axını daha uzun müddət qorunub. Bir çox doğuşlarda göbək kordonunun kəsilməsi və körpənin plasentadan ayrılması adi haldır. Bu prosedurda şnur adətən əvvəlcə steril sıxacla sıxılır. Körpənin göbəyinə bağlı kiçik bir hissə bir neçə gün qala bilər. Əvvəlki araşdırmalar da bu prosesin gecikdirilməsinin körpələrin ilk günlərində sağ qalmasına kömək edə biləcəyinə diqqət çəkmişdi. “The Lancet Child and Adolescent Health” jurnalında dərc edilən araşdırma bir addım irəli gedərək, iki il ərzində təxminən 10 həftə vaxtından əvvəl doğulan körpələri izləyib. Tədqiqatda iştirak edən xəstəxana işçilərinin təxminən yarısı körpələrin göbək bağlarını kəsməzdən əvvəl 60 saniyə gözləyib. Digərləri bunu doğumdan sonra 10 saniyə ərzində ediblər. Təqdiqatdan sonra məluma olub ki, sıxacın gecikdirilməsi yeni doğulmuş körpənin erkən uşaqlıq dövründə ölmə və ya ciddi əlilliyə məruz qalma riskini 17 faiz azaldır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda vəzifəli şəxs hoteldə sevgilisini pəncərədən atdı