Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90096
az

Pentaqon Çin təyyarələrini ABŞ təyyarələrinə qarşı təhlükəli manevrlərdə ittiham edir

13:1202 İyun, 2023
45
DÜNYA
  • A

Amerika hərbi pilotları bu yaxınlarda Çin təyyarələrinin onlara qarşı etdiyi "təhlükəli manevrləri" qeydə alıblar.

Oxu24.com xəbər verir  ki,bunu Sinqapurda keçirilən Şanqri-La Dialoq regional təhlükəsizlik forumunda Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

"Çin beynəlxalq hava məkanında  uçan ABŞ və müttəfiqlərinin təyyarələrinin həyəcan verici sayda təhlükəli tutulmalarını həyata keçirməyə davam edir", - Ostin bildirib.

Çıxış ABŞ hərbi departamentinin saytında yayımlanıb.

Pentaqonun rəhbəri çinli pilotların uçuşlarını “aqressiv” və “qeyri-peşəkar” adlandırıb.

O, həmçinin dövlətlərin hər bir ölkənin beynəlxalq məkanda istənilən əməliyyatı həyata keçirə bilməsini təmin etmək istəyini açıqlayıb. Eyni zamanda, o, Hind-Sakit okean regionunda fəaliyyətlərin genişləndirilməsini açıqlayıb.

Çıxışının sonunda Ostin Çini böhranın idarə edilməsi mexanizmini təkmilləşdirmək istəməməkdə ittiham edib və Tayvan üzərində münaqişə baş verəcəyi təqdirdə dağıdıcı nəticələrlə hədələyib.

Lakin əvvəllər ABŞ hərbi departamentinin nümayəndəsi vurğulayıb ki, Pentaqon Çini Tayvanla münaqişəyə sövq etmir.


Xatırladaq ki, mayın 30-da Çin Sinqapurda müdafiə nazirlərinin görüşündən  imtina edib. Çin tərəfi Vaşinqtonun Çinin müdafiə naziri Li Şanfuya qarşı tətbiq etdiyi sanksiyalardan narazıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 22-də bildirib ki, ABŞ administrasiyası Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi düşünmür. Müvafiq məsələnin müzakirə olunduğunu mayın 21-də Amerika lideri Co Bayden Yaponiyanın Xirosima şəhərində keçirilən G-7 sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Lloyd Austin mayın 11-də təsdiqlədi ki, o, Li Şanqfu ilə şəxsən görüşməyi “kritik” hesab edir. Ostin Sinqapurda keçiriləcək forumda Çin Müdafiə Nazirliyinin rəhbəri ilə “qarşılıqlı fəaliyyət göstərməyə” çalışacağını vurğulayıb.

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada ağır qəza: Ölənlər var
“Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynanı xilas etmir
Türkiyə Qərbin Rusiyaya qarşı çəkisi rolunu açıqlayıb

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı