Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90078
az

ABŞ gizli şəkildə Çinlə yaxınlaşır

23:2102 İyun, 2023
113
DÜNYA
  • A

 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns may ayında rəsmilərlə danışmaq üçün Çinə gizli səfər edib.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə Financial Times beş mənbəyə istinadən açıqlama yayıb.

Mənbələr bildiriblər ki, səfər zamanı Börns Çin kəşfiyyatının nümayəndələri ilə görüşüb.

Qeyd olunur ki, Uilyam Bernsin səfəri ABŞ-ın Çinlə diplomatik əlaqələr qurmaq istəyi ilə bağlıdır.

Qəzet yazır ki, eyni məqsədlə Vaşinqton ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfərini bərpa etməyə çalışır. Onun səfəri yanvarın sonlarında ABŞ səmasında Çin hava şarı ilə bağlı insident səbəbindən ləğv edilib.

Amerika rəsmisi bildirib ki, digər məsələlərlə yanaşı, Uilyam Börns çinli həmkarlarını kəşfiyyat kanalları vasitəsilə açıq ünsiyyət xətlərini saxlamağa çağırıb.

Mənbələrdən biri bildirib ki, MKİ direktorunun diplomatik səfərlərinin üstünlüyü onların tam məxfi olmasıdır. Bundan əlavə, o, Bernsin müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə güclü əlaqələrinə işarə edib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi
Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi