Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89893
az

Sinan Oğan: "Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm"

21:0926 May, 2023
268
SİYASƏT
  • A

"Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini həmişə dəstəkləmişəm və dəstəkləyirəm"

Oxu24.com  xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan "CNN Türk"ə müsahibəsində deyib.

O söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialar yanlışdır.

S.Oğan bu iddia ilə çıxış edənlərə ritorik sual ünvanlayıb: "Məgər azad iradəmizlə kimisə seçə bilmərik?".

Siyasətçi bəzilərinin əsassız ssenarilər ortaya atdığını söyləyib. O, bu cür əsassız iddiaları ortaya atanlardan sübut və dəlil tələb edəcəyini vurğulayıb və həmin şəxsləri məhkəməyə verəcəyini açıqlayıb.

S.Oğan həmçinin Türkiyə Prezidenti, "Cümhur İttifaqı"nın prezidentliyə namizədi R.T.Ərdoğandan heç bir tələbinin olmadığını xatırladıb.

O, həmçinin "Millət İttifaqı"nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlundan da nəsə istəmədiyini qeyd edib. Bununla yanaşı siyasətçi bildirib ki, K.Kılıçdaroğlu ilə görüşdə onun tələblərini yerinə yetirməyə hazır olduğunu söyləyib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu