Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89786
az

Almaniya NATO-ya  yardım edəcək

23:2124 May, 2023
125
DÜNYA
  • A

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Rumıniyada rəsmi səfərdədir və Buxarestdə rumıniyalı həmkarı Klaus İohannis ilə görüşüb.

Oxu24.com “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Westfälische Nachrichten” qəzeti yazıb.

Nəşrin məlumatına görə, prezidentlərin görüşü zamanı Ştaynmayer Ukraynada münaqişənin davam etməsi fonunda Berlinin NATO-nun şərq cinahının gücləndirilməsinə kömək etməyə hazır olduğunu qeyd edib.

“Biz o cümlədən onu da bilirik ki, şərq cinahı gücləndirilməlidir, özü də bilavasitə hərbi iştirakla gücləndirilməlidir”, - o deyib.

Almaniya Prezidenti qeyd edib ki, onlar artıq Şimali Atlantika alyansının şərq sərhədinin monitorinqində iştirak edir. Frank-Valter Ştaynmayer  həmçinin əlavə edib ki, Berlin blokun sərhədlərinin müdafiəsində məsuliyyətdən yayınmaq fikrində deyil.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar