Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8954
az

Xərçəngin yeni müalicəsi TAPILDI - Alimlər İNANILMAZI BACARDI

22:0315 Yanvar, 2019
862
  • A
İsveçrəli alimlər xərçəng xəstəliyi ilə mübarizədə yeni üsulu uğurla sınaqdan keçiriblər.

Oxu24.com xəbər verir ki, Bazel Universitetində siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində alimlər xərçəng hüceyrələrinin piy hüceyrələrinə çevrilməsinə nail olublar. Bu üsul sayəsində şişlərin metastazlar yaratmasının qarşısı alınıb.

Tədqiqatçı qrupun rəhbəri Qerhard Xristofori əldə olunan nəticələri izah edərkən bildirib ki, bu uğurda yeni hazırlanmış təsir maddələrinin kombinasiyası mühüm rol oynayır. Eyni zamanda, xərçəng hüceyrələrinin yüksək plastik təbiətə malik olması və öz bioloji xarakterini dəyişə bilməsi alimlər üçün mühüm faktorlar olub. Alim qeyd edib ki, qan dövranında hərəkət edən və dəyişkən xassəyə malik xərçəng hüceyrələri sürətlə yayıla bildiyi kimi, digər hüceyrələrə çevrilmə xassəsinə də malikdir. Məhz bu xassəni nəzərə alan alimlər bədxassəli xərçəng hüceyrələrini “yenidən proqramlaşdırmağa” və onların təhlükəsiz piy hüceyrələrinə çevrilməsinə nail olublar. Xərçəng hüceyrələri piy hüceyrələrinə çevrildikdən sonra yayılma dayanıb və hərəkətsiz hala gələn yeni hüceyrələr orqanizm üçün heç bir təhlükə yaratmayıb.

Rosiqlitazon və trametinib adlı iki maddənin kombinasiyasından ibarət preparat siçanlar üzərində uğurla sınaqdan keçirilsə də, onun uzun müddət tədqiqat yolu keçməsi lazım gələcək. Alimlər bildiriblər ki, yeni preparatın əsas üstünlüklərindən biri də xərçəng hüceyrələrinin inkişafını dayandırmaqla yanaşı, eyni zamanda, digər orqanlara mənfi təsir göstərməməsidir. Hazırda döş vəzi xərçənginə qarşı sınaqdan keçirilən yeni mübarizə üsulunun xərçəng xəstəliyinin digər formalarına qarşı da tətbiqi nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil