Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89433
az

Evi sığorta etdirmək üçün hara müraciət etmək lazımdır? — Vəkildən açıqlama

12:1819 May, 2023
2151
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi sığortası olmayan evlərin cəriməsi prosesi başlayır.

Məlumat üçün qeyd  edək ki,  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən daşınmaz əmlakını sığorta etdirməyən fizki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimə nəzərə tutulub.

İcbari sığorta müqaviləsini bağlamadığına görə şəxs inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Lakin 20 gün keçdikdən sonra şəxs yenə də icbari sığorta müqaviləsini bağlamamış olarsa, həmin şəxs təkrar məsuliyyətə cəlb olunacaqdır.

Sığorta üçün vətəndaş hara və necə müraciət etməlidir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Sadiq  Əfəndiyev bildirib ki,  icbari sığorta müqviləsinin bağlanması elektron qaydada həyata keçirilir.

- Daşınmaz əmlakını sığorta etdirmək istəyən şəxslər İcbari Sığorta Bürosunun iştirakçıları olan istənilən şirkətə yaxud “ASAN xidmət” mərkəzlərinə müraciət edərək icbari sığorta müqaviləsini bağlaya bilər.  Bu zaman bütün sənədləşmələr elektron qaydada aparılır və sonda sığorta müqaviləsinin bağlanmasını təsdiq edən elektron sənəd formasında sığorta şəhadətnaməsi tərtib edilir ki, bu da sığorta müqaviləsinin bağlanmasını təsdiq edir. 

 

Hazırladı: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Tovuzda baş verən qəzada ölənlərin sayı    7-yə     çatdı