Xəbər verdiyimiz kimi Azərbaycanda sığortasız evlərin cəriməsinə başlanılacaq.
Bununla bağlı vətəndaşlarda bir sıra suallar yaranıb.Vətəndaşları ən çox maraqlandıran suallardan biri də çıxarışı (kupçası) olmayan mənzillərlə bağlıdır.
Çıxarışsız,sənədsiz evlərin taleyi necə olacaq ?
Oxu24.com məsələnin aktuallığını nəzərə alaraq vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.
Vəkilin sözlərinə görə sənədsiz evlər sığortaya cəlb olunmur.
- İcbari sığortalar haqqında qanuna görə hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin sığortası icbaridir. Tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, eləcə də özbaşına tikinti sayılan daşınmaz əmlak sığortaya cəlb olunmur.
Məsələn, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş, yaşayış evləri özbaşına tikinti sayıldığından həmin evlər sığortaya cəlb olunmur.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR