Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89295
az

Azərbaycanda həbsxanada şok hadisə: Otaq yoldaşını öldürən ömürlük məhbusa əlavə cəza verildi

14:0717 May, 2023
552
KRİMİNAL
  • A

Həbsxanada kamera yoldaşını öldürməkdə təqsirləndirilən ömürlük məhkum Zahidikəhriz Abbasova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com-un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ömürlük həbs cəzası alan və 29 ildir məhkum həyatı yaşayan Z.Abbasov mübahisə zəminində eyni kamerada saxlanılan ömürlük məhkum Oleq Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. O.Abişev isə anası və qardaşını öldürməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhkum olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Həşimov həbs olunub
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub