Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8925
az

Yatağa karbonat səpməyin faydaları

23:5714 Yanvar, 2019
694
MARAQLI
  • A
Yatağa karbonat səpməklə kir, tər və bütün xoşagəlməz qoxuları təmizləyə bilərsiniz.

Oxu24.com xəbər verir ki, bunun üçün ələyə karbonat töküb yatağın üzərinə ələyin. İstəyə görə 10-15 damcı efir yağı əlavə etmək olar. Onları bütün yatağa bərabər şəkildə dağıdın. Bir neçə saat bu şəkildə saxlayın. Daha sonra tozsoranla vakuumlayın.

Karbonat xalça təmizliyində də effektiv vasitədir. Kasaya bir xörək qaşığı karbonat, 4-5 yemək qaşığı sirkə və 1 xörək qaşığı yuyucu toz əlavə edib ilıq su ilə qarışdırın. Qarışıq köpükləndiyi üçün daha böyük qab istifadə edin. Məhlulu sprey şüşəsinə boşaldın. Ləkələri effektiv şəkildə aradan qaldıran spreyi xalça və yumşaq mebellərin təmizliyində istifadə etmək olar.

Karbonat çox səmərəli və təbii təmizləyicidir. Onu süngər və ya nəmli parça tətbiq edərək mətbəxdə istifadə etmək olar. Soyuducunun, mikrodalğalı sobanın və sobanın daxili hissəsini təmizləyib qoxunu aradan qaldırır və dezinfeksiya funksiyasını yerinə yetirir, eləcə də çay və qəhvə ləkələrini yox edir, tava, büllur qab və digər mətbəx əşyalarını ağardır.

Karbonat sadəcə xəmir yeməklərində istifadə edilmir. Toyuq və mal ətini yumşaltmaq üçün təsirli vasitədir.

Karbonat haqqında

Toksik deyil.

Kir və nəmi əmir.

Xoşagəlməz qoxuları aradan qaldırır.

Bir çox təmizləyici məhsulun yerinə istifadə edilə bilər.

Bir çox zərərli mikroorqanizmləri öldürür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı