Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulda Üsküdar Kısıklıdakı iqamətgahından ayrılaraq prezident və parlament seçkilərində səs vermək üçün saat 11.40-da Saffet Çebi orta məktəbinə gedib.
Oxu24.com TRT Haber-ə istinadən bildirir ki, seçkilərdə səs verdikdən sonra Ərdoğan İstanbuldan Ankaraya gəlib.
Ərdoğan Esenboğa hava limanından Prezident Kompleksinə keçib. Onun seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.
Qeyd edək ki, bir qədər əvvəl Prezidentin seçkilərin nəticəsini İstanbuldan izləyəcəyi bildirilmişdi.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR