Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89052
az

"İsti-isti ağrını dərk edə bilmirdim"

17:3114 May, 2023
417
ŞOU-BİZNES
  • A

"Bu sənin sonuncu fotolarındandır. Hamıya qarşı gülərüz olsan da, tək qalanda qayğılar bütün cizgilərində ifadə olunurdu. Hər kəsi düşünürdün, hamıya yetmək istəyirdin, tələsirdin... Tələsdin, elə həmin gün də əbədi sükuta tələsdin".

OXU24.COM  xəbər verir ki, bu sözləri martda avtomobil qəzasında həlak olan tanınmış prodüser Oqtay Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli sosial şəbəkədə yazıb. O, qardaşının son şəkillərindən birini izləyiciləri ilə bölüşərək tək qaldığını bildirib:
Ətraflı

"Ən həll olunmayan dərdi, səri nikbin ruhla silahlanıb, həll etməyi bacarırdın. İndi biz sənsizlik dərdini hamımız yığışsaq da həll edə bilmirik. Günlər keçdikcə tək qaldığımı daha çox duyuram. Səndən öyrəndiyim kimi özümü nikbin göstərməyə çalışıram, amma bağışla, alınmır. 

Ən çox gün ərzində mənimlə telefonla danışdığın vaxt aralıqları: səhərlər 9-10:30, axşamlar 21-23-də sənsizlik havası hər yeri bürüyür. İndi bir qəfil xəbər, məlumat, maraqlı video qarşıma çıxanda vərdişə görə sənə göndərmək, paylaşmaq istəyirəm, amma yoxsan! Heç nəyi, hətta sənin yoxluğunu paylaşa bilmirəm. İlk günlər özümü sıxıb saxladım, sənin üçün üzülən, başsağlığı verən şəxslərin qarşısına çıxıb, ehtiramı bildirmək, ailəmizin ağrı çəkənlərini toxtatmaq üçün. İndi zaman keçdikcə dərd üstümə gəlir, indi sənin yoxluğunun gerçəyini dərk etməyə başlayıram. İsti-isti ağrını dərk edə bilmirdim, indi ağrı-acı gerçək kimidir, dəyişilmir! Həmişə görüşəndə mən səndən vaxt soruşurdum, indi də soruşuram, nə vaxt görüşürük? Həmişə sən məni gəlib evdən, işdən götürürdün, həmişə də gecikirdin. İndi də gecikirsən, özü də çox!"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti: "Rasim Balayev məndən qisas alır"
Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Azyaşlıya qarşı soyğunçuluq edən yeniyetmə saxlanıldı