Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88834
az

Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur

00:4112 May, 2023
223
MANŞET
  • A
Qoç - yaradıcı və işgüzar potensialınız güclənəcək. Cari işlərin düzəninə yeniliklər və təkmilləşdirmələr etmək olar. Dəqiqlik, konsentrasiya və sürətlənmə tələb edən işi planlaşdırmayın.
 
Emosiyalarınıza hakim olsanız, yaxın ətrafınızdakı insanların halını anlasanız, uğur əldə edəcəksiniz.
Günün ikinci yarısı çoxdan nəzərdə tutduğunuz işin gerçəkləşdirilməsi üçün uğurlu vaxtdır.
Axşam saatları narahat, qarğaşalı ola bilər.
 
Cavab aradığınız sual sizə tam aydın olacaq. Cavabı tapacaqsınız, amma o cavab sizə lazım idi?
 
Buğa - nüanslara və xırdalıqlara diqqət yetirin. Vacib və təxirəsalınmaz hesab etdiyiniz məsələni dərhal həll edin.
Əhvalınız motivasiyanız dəyişə bilər.
 
Yaxın ətrafınızla bahəm, sizin üçün də çətin saatlar başlanır.
Səhhətinizdə problem, etibar etdiyiniz insanlarla münasibətlərdə sərinləşmə yarana bilər.
Səbrli və təmkinli olun, başqalarının problemlərini anlamağa çalışın. Amma öz probleminizi də unutmayın.
 
İşlərlə təkbaşına məşğul olmaq optimal çıxış yoludur.
Bununla belə, təmas və ünsiyyətlərdə laqeyd, təşəxxüslü olmayın, münasibətləri pozmayın.
 
Tərəfdaşı narahat edən nəsnəni müzakirə edin.
Alış-veriş üçün əlverişli gün olsa da, bədxərclik etməyin.
 
Əkizlər - mövcud situasiyada dumanlı məqamlar var. Çoxluğun maraqları çərçivəsində hərəkət etmək ən yaxşı seçim variantı deyil.
 
İmkanlarınızı və şanslarınızı əldən verməyin, münasibətləri sıxlaşdırmağa rəvac verə biləcək nüanslara laqeyd qalmayın.
Rəğbət, xüsusi diqqət təzahürləri istisna deyil.
 
Şəxsi münasibətlər müstəvisində diqqətli və həssas olun, qarşı tərəfi səbrlə dinləyin.
Eqoist davranmayın.
İşlə bağlı məsələlərdə fırıldaq və yalan qurbanı olmayın. Sadəlövhlük etməyin, deyilənlərə dərhal inanmayın.
 
Müqavilə və ya anlaşmada, sənədləri imzalayanda sonrakı situasiyanı, nəticələri düşünün.
 
Xərçəng - qəribə, anlaşılmaz gündür. Bir-birlərinə həddən ziyadə bənzəyən variantlar arasında seçim etməli olacaqsınız.
 
Hadisələrin sayı artır, görüləsi işlərin intensivliyi çoxalır.
Səhhətdə problemlərin yaranması, virusa yoluxmaq riski var.
 
Dəqiq motivasiya və konkret fəaliyyət planı yoxdursa, yorğunluq sizi bihal edə bilər.
Başladığınız işlərin sayını məhdudlaşdırın, işlərinizə kiminsə müdaxilə etməsinə imkan verməyin.
Günün ikinci yarısı bir qədər çətin olacaq.
 
Problemi vaxtında hiss etmək üçün sayıq olun. Təzyiq, iddia, daxili gərginlik səviyyəsini aşağı salın.
Əlavə çətinliklər yaratmayın.
Axşam saatlarını yalnız istirahətə həsr edin.
 
Şir - hövsələsizlik və tələskənlik etməyin, cari işlərlə məşğul olun. Fəaliyyət sahəsini genişləndirmək və yeni işlərlə məşğul olmağı düşünmək üçün əlverişli vaxtdır.
 
Təkliflər, məlumat mübadiləsi, xidmət və servislə bağlı müzakirələr yaxın gələcəkdə yeni perspektivlər yarada bilər.
Yeni tərəfdaş, layihənizi genişləndirmək və ya gördüyünüz işi tez başa vurmaq üçün şərik arayın.
 
Evdə qayda yaradın, hisslərinizi nizama salın.
Emosiyalarda təmizlənmə, aramlı davranmaq və hadisələrin təhlili daxili sakitlik, rəvanlıq hissləri yaradacaq.
 
Şəxsi münasibətlər müstəvisində qarşılıqlı anlaşmaya can atın.
Axşam saatlarında qüvvənini bərpa edin, yorğunluq hissindən qurtulmağa can atın.
 
Qız - narahat, müəyyən mənada naqolay gündür. Buna rəğmən, əvvəlcədən planlaşdırdığınız işlərin gerçəkləşdirilməsinə başlayın.
 
Tərəfdaş və ya şəriklə konkret məsələni müzakirə edərək əlavə gəlir mənbəyini tapmaq, yaxud gəlirin mövcud səviyyəsini artırmaq olar.
Səxavətli olun, ümumi planlar qurun.
 
Güzəşt və kompromissə ehtiyac var. Nəyisə qurban vermək, sizin üçün əlverişsiz şərtlər və ya situasiya ilə barışmalı olacaqsınız.
Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Qətiyyətli, inadkar və əzmli olun.
Səhhətinizə fikir verin.
 
Ev işlərinə izafi diqqət yetirməyə dəyməz. Amma o işlər vacibdirsə, digər sahələrdəki fəaliyyətin tempini bir qədər aşağı salın.
 
Tərəzi - ayın ən uğurlu günüdür. Yaxşı tanıdığınız insanlarla görüş və ya maraqlı insanla tanışlıq önəmli layihənin, ciddi işin və ya mənfəətli əməliyyatın ilkin mərhələsinə çevrilə bilər.
 
Əməkdaşlıqla bağlı cazibədar təkliflər alınacaq.
Səfər, yeni informasiya axını və xoş təəssüratlar istisna deyil.
 
Bu günün ideyaları yaxın gələcəkdə sərfəli, xeyirli olacaq.
Sonradan reallaşdırmaq üçün həmin ideyaları unutmayın.
 
Hadisələrin gərəkli istiqamətdə inkişafına nail olmaq üçün konkret addımlar atın.
Günün ikinci yarısında alış-veriş etmək sərfəlidir.
Axşam saatlarında dostlarla görüşün.
 
Əqrəb - çox mühüm, önəmli hadisələr vəd edən gündür. Faydalı əlaqələr və münasibətlər yarana bilər.
Yaranacaq problemlər sizi gərəkli insanlarla tanış edə bilər.
 
Təmaslarla yeni əlaqələrin maraqlı potensialı var. Müzakirə edilən məsələlərin spektrini geninləşdirin. Həmsöhbətinizə mövzu barədə tam danışmasına imkan verin, onunla planlarınızı bölüşün.
 
Səxavətli olun. Yaxın ətrafınızdakı insanlar üçün faydalı ola biləcək əşyanı onlara verin.
Günün ikinci yarısı romantik görüş və ya ünsiyyət üçün sərfəlidir. Güzəştə gedin, tərəfdaşın və ya əziz insanın istəklərini yerinə yetirin.
 
Onun əhvalındakı dəyişiklikləri qismən də olsa, təxminləməyə səy göstərməyə çalışın.
Qarşı tərəfdən səmimiyyət tələb etməyin.
 
Oxatan - çoxsaylı, amma kiçik işlər günüdür. Qayğılar, xahişlər, tələblər və xəbərlər çox olacaq.
Tələsməyin, fikirlərinizi cəmləyin, diqqətli olun və yalnız lazım bildiyiniz zaman təkrar əlaqəyə yol verin.
 
Nəqliyyat vasitəsinin normal çalışmasına və təhlükəsizliyinizin təminatına ciddi fikir verin.
Yaşam sizin durumunuz, səhhətiniz və istəklərinizi nəzərə almayaraq qarşınızda yeni məqsədlər qoyur.
 
Ailədəki və evdəki durumdan çox şey asılıdır.
Ailə münasibətlərini maraqlı baxışlar və kənar təsirlərdən qoruyun. Yaxınlarınızla sərt mübahisələrə başlamayın.
 
Ünsiyyət və təmaslarda enerji tələb olunacaq.
Yaxın ətrafınızdakı insanlarla dil tapın, ümumi maraqları aşkarlayın. Belə olarsa, dağı dağ üstə qoymaq olar.
 
Oğlaq - təəssüratlar və yeniliklər bol olacaq. Baş verənlərə laqeyd yanaşmayın, yaşananların məzmununu anlamağa və situasiyanı dərk etməyə çalışın.
 
Yaxın ətrafınızdakı insanlar sizdən yardım gözləyir. İşdə isə qarşınıza yeni tapşırıqlar və məsələlər qoyulacaq. Onları həll etməlisiniz. Maraqlarınızı və vaxtınızı qorumaq üçün çevik davranmasanız, çox sərt tənqidlərə məruz qala bilərsiniz.
 
Superemosional, gərgin anlar yaşanacaq.
İşlər qaydasında olacaq. Çətin təsir bağışlayan maneələri dəf etməyə çalışın.
 
Sevdiyiniz və yaxın hesab etdiyiniz insanların hisslərini sınağa çəkmək fikrinə düşməyin. Yol verilən səhvləri aradan qaldırmaq asan olmayacaq.
 
Dolça - tamah, ehtiras və emosiyaların qurbanı olmayın. Maliyyə imkanları və fiziki səylərinizi məntiqsiz işlərə sərf etməyin. Soyuqqanlı və təmkinli davransanız, məqsədinizə çata bilərsiniz. Olanları qaydaya salın, durumu nizama salın.
 
Cari işləri dəqiq planlaşdırın, onları yarımçıq qoymayaraq başa vurun.
Diqqətli olun, sayıq davranın.
 
Yaxın perspektiv üçün hesablanmış işləri indidən planlaşdırmağa başlayın. Yeniliklərə hazırlaşın.
Sizə istəmədiyiniz və arzulamadığınız işi tapşıra bilərlər. Etiraz etməyin, işə başlayın.
Axşam saatlarında istirahət edin, əsəblərinizi sakitləşdirin.
 
Şəxsi münasibətlər müstəvisində romantik durumdur. Qarşı tərəfin istəklərini və gizli saxladığı hissləri nəzərə alın.
 
Balıqlar - uğurlu və əlverişli gündür. İntuisiyanızın səsini dinləyin. Ən önəmli məsələləri seçin, ikinci dərəcəli məqamları arxa plana salın. İnformasiya axtarışı, sirlərin açılması müsbət nəticə verəcək.
 
Ehtimallarınızın bəziləri doğrulacaq. Yaxın ətrafınızdakı insanların bəziləri güman etdiyiniz kimi davranacaq.
Günün ikinci yarısında görəcəyiniz iş və yerinə yetirəcəyiniz layihəni planlaşdırın.
 
Yaradıcılıq energetikasının artımını gözləyin.
İnsanlar sizdən yardım və dəstək istəyəcəklər. Fəqət, yalnı
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı