Döyüş filmlərindən milyonlarla insana yaxşı tanış olan Hollivud ulduzu Dolf Lundqren xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirib.
OXU24.COM lxəbər verir ki, aktyor 8 ildir böyrəklərində yaranmış xərçəngdən müalicə aldığını bildirib.
2015-ci ildə böyrəyində yaranmış bədxassəli şiş əməliyyatla götürülsə də, 2020-ci ildə onda yenidən 6 şişin yarandığı məlum olub. Onlardan birini kəsib götürmək mümkün deyil.
2021-ci ildə həkimlər aktyorun bir neçə ay ömrü qaldığını desələr də, Dolf ümidini itirməyib və yeni müalicə metodu ilə şişlər 90 faiz kiçilib.
Hazırda xəstəxanada olan 65 yaşlı Dolf Lundqren bütün gücü ilə xəstəliklə mübarizə aparıb qalib gələcəyini deyib.
Oxu24.com
ŞƏRHLƏR