Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88667
az

BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz (VİDEO)

21:0609 May, 2023
869
CƏMİYYƏT
  • A

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.

Azərbaycan ailələrində qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o qədər dəyişməyib. Oğlanlara nəslin davamçısı kimi baxılır.

Gender məsələləri üzrə ekspert Aynur Veysəlovanın sözlərinə görə, Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdədir.

Belə ki, son illərdə 100 qıza 105-107 oğlan düşürdüsə, indi bu nisbət də pozulub.

Qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsinin 141-ci maddəsinə görə, qanunsuz abortetmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.
Maraqlıdır, selektiv abortlara görə cəza tədbirləri varsa, qızların sayı niyə azalır?

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ödənişli yoldan istifadəyə görə cərimələr III    oxunuşdan    keçdi
Karantin rejiminin   müddəti    uzadıldı
Təyyarə qəzasında həlak olan Qoşqar     dəfn    edildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar