Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88602
az

Bakıda əməliyyat: Polis qadını dəmir yol stansiyasında tutdu

15:1608 May, 2023
492
KRİMİNAL
  • A
Suraxanı dəmir yol stansiyasında narkotik vasitələr satan şəxslər saxlanılıb. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 21 büküm satış məqsədi ilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib. Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq ve Təhqiqat Qrupunda araşdırmalar aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub