Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88505
az

Müğənniyə görə həbs edilən baş həkim azadlığa buraxıldı - FOTO

23:5406 May, 2023
212
CƏMİYYƏT
  • A

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov azadlığa buraxılıb.

OXU24.COM bildirir ki, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib.

Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qəti imkanı seçilən R.İsfəndiyarov barəsində yeni qərar qəbul edilib. Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə, o, istintaq müddəti üçün ev dustağlığına buraxılıb.

Cinayət işinin istintaqının isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verildiyi bildirilir.

Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun ondan yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə aldığını deyib. Lakin baş həkim verdiyi vədə əməl etməyərək, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib.

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK
Azərbaycanda tanınmış müğənni vəfat etdi -FOTO

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
“Dəfn pulu”    artırılır