Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88473
az

İran onu da edam etdi

18:1005 May, 2023
112
DÜNYA
  • A

Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudun (Fərəcullah Çəəb) edam olunub.

Oxu24.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunurdu.

Qeyd edək ki, 1999-cu ildə İranın ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələri zamanı tanınıb.

“Nidal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir.

“Nidal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb.

Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir qrup casus tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.

 

Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriya hava məkanı İran     təyyarələrinə     bağlandı
İstanbul aeroportunda maraqlı hadisə- Video
Əsədin həyat yoldaşı boşanaraq Rusiyanı tərk etmək istəyir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik”- Video