Dünən gecə Rusiya iki dəfə Sumı və Çerniqov vilayətlərini aviabombalarla vurub.
Oxu24.com Ukrayna mediasına istinadən xəbər verir ki, dinc sakinlər arasında ölən və yaralananlar var.
Bu barədə rayon rəhbərləri məlumat veriblər.
Çerniqov vilayətinin İvanovka şəhərində 1941-ci il təvəllüdlü yaşlı qadın aviabombanın endirilməsi nəticəsində ölüb, üç kişi yaralanıb. Məktəb binasına və digər tikililərə ziyan dəyib.
Sumı vilayətinin Uralovo şəhərində iki fərdi yaşayış evi, inzibati bina və bir quruma ziyan dəyib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR