Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü deyib ki, Kiyevin Rusiya prezidentinin Kreml iqamətgahına pilotsuz təyyarə ilə hücum cəhdi ilə heç bir əlaqəsi yoxdur.
Oxu24.com xəbər verir ki,“Biz Putinə və ya Moskvaya hücum etmirik. Biz öz ərazimizdə hərbi əməliyyatlar aparırıq. Biz kəndlərimizi və şəhərlərimizi qoruyuruq”, - deyə Zelenski Helsinkidə keçirdiyi mətbuat konfransında bildirib.
Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hücumdan sonra özünün Telegram kanalında yazıb ki, “Bugünkü terror aktından sonra Zelenskinin fiziki məhvindən başqa seçim qalmayıb”.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR