Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88351
az

Rusiyada neft anbarında yanğın olub

20:3603 May, 2023
113
DÜNYA
  • A

Mayın 3-nə keçən gecə Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı “Tamannefteqaz” neft bazasında güclü yanğın baş verib.

Taman yarımadasını Kerç yarımadası ilə birləşdirən Krım körpüsündən təxminən 15 km aralıda yerləşir.

Yanğına ən yüksək çətinlik dərəcəsi verilib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Söndürmə işlərinə 5 yanğınsöndürən qatar olmaqla 190-a yaxın adam cəlb olunub.

TASS fövqəladə hallar xidmətindəki mənbələrə istinadən xəbər verir ki, pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində neft məhsulları olan çən yanıb. “Tamannefteqaz” ASC-nin ərazisində neft məhsulları olan çənin yanğını pilotsuz uçan aparatın düşməsi nəticəsində baş verib”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yanğın sahəsi demək olar ki, 1,25 min kvadratmetrdir. 

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Krım körpüsü bağlandı
Lavrov Suriyanın dağılmasının qarşısını almağa çağırıb
Rusiyada 6,5 ​​milyon miqrant yaşayır

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi