Ukrayna pilotsuz təyyarələrinin Kremlə hücumundan sonra ilk şərhləri ABŞ dövlət katibi Entoni Blinken verib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Blinken jurnalistin Vaşinqtonun mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynanın özünü necə müdafiə edəcəyinə və ərazini necə geri almağa çalışacağına qərar verməyi öz öhdəmizə buraxırıq”.
Blinken əlavə edib ki, Dövlət Departamentində hələlik bu hadisə ilə bağlı kifayət qədər məlumat yoxdur. "Əsl faktları bilmədən bu barədə şərh vermək və ya spekulyasiya etmək çətindir",-deyə Blinkin bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR