Daşkəsəndə ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkar olunub.
Bu barədə Oxu24.com-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 3 kömür quyusu aşkarlanıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Daşkəsən rayonu, Astaf kənd sakinləri Samir Həsənov, İlyas Abdullayev və Sevda Orucova olduğu müəyyən edilib.
Onun sözlərinə görə, qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.
Oxu24.com
ŞƏRHLƏR