Türkiyədə azyaşlı gəlinin toyuna polis müdaxiləsi olub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Diyarbəkirdə bir şadlıq sarayında 5 nəfər polis tərəfindən saxlanılıb.Məlum olub ki, ərə verilən qızın 15 yaşı var imiş.
Toy yarımçıq qalıb,15 yaşlı azyaşlı gəlin G.G. ailəsinə təhvil verilib.
Qızın anası və bəy polis tərəfindən saxlanılıb.
G.G. Yetkinlik yaşına çatmayanlarla iş şöbəsində verdiyi ifadədən sonra ailəsinə təhvil verilib. Saxlanılan 5 nəfər polis bölməsindəki əməliyyatlardan sonra sərbəst buraxılıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR