Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88180
az

DSX: "87 kq-dan artıq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb"

12:1901 May, 2023
140
KRİMİNAL
  • A

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu24.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Aprel ayının 25-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 100 qram narkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M-40 həbləri) aşkar olunaraq götürülüb.

Aprel ayının 29-da saat 00:05-də Xidmətin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilib. Saat 00:25-də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri 1965-ci il təvəllüdlü Əsgərov Rəfael Əlövsət oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Əsgərzadə Kənan Rafael oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilib.

Aprel ayının 30-da saat 17:10-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram 470 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Aprel ayının 30-da saat 22:20-də Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 600 qram narkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və 11758 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin-150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M-40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin aşkar olunduğu ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş 1 nəfər şübhəli şəxsin axtarışı aparılır.

May ayının 1-də saat 04:25-də Xidmətin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ