Naməlum cinayətkarların Ekvadorun qərbindəki Quayakuil şəhərində avtomobil təmiri sexinə hücumu zamanı 10 nəfər həlak olub.
“Report” “Clarin” qəzetinə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından jurnalistlərə bildiriblər ki, hadisə zamanı ümumilikdə 10 nəfər ölüb, bir yaralı var. “Hazırda istintaq bölmələrimiz cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir”, - polis tviterdəki hesabında bildirib.
İlkin məlumata görə, cinayətkarlar sexdə futbol matçına baxan bir qrup şəxsi güllələyiblər.
Bəzi mətbu orqanlar hadisə zamanı 5 nəfərin yaralandığını xəbər veriblər.
Quayakuil artan cinayət halları ilə əlaqədar keçən ilin avqust ayından şəhərdə fövqəladə vəziyyət rejimi hökm sürür.
Oxu24.com
ŞƏRHLƏR